• Home  
  • “Avroviziya 2027” müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək
- Dünya - Manşet - Maqazin

“Avroviziya 2027” müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq. Əks-səda xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı (EBU) məlumat yayıb. “Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məmnuniyyətlə bildirir ki, Burqas şəhəri 2027-ci ilin may ayında 71-ci Avroviziya mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib. Avroviziya həftəsi ərzində Burqasda […]

71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq.

Əks-səda xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı (EBU) məlumat yayıb.

“Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məmnuniyyətlə bildirir ki, Burqas şəhəri 2027-ci ilin may ayında 71-ci Avroviziya mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib. Avroviziya həftəsi ərzində Burqasda müsabiqəyə həsr olunmuş zəngin tədbirlər proqramı keçiriləcək”, – EBU-nun məlumatında bildirilib.

Müsabiqənin birinci yarımfinalı mayın 11-də, ikinci yarımfinalı isə mayın 13-də baş tutacaq. Final mayın 15-də olacaq. Ənənəyə görə, müsabiqə ötən il qalib gəlmiş ölkədə keçirilir.

“Avroviziya” ilk dəfə olaraq Bolqarıstanda keçiriləcək. Ölkənin təmsilçisi, müğənni Dara bu il “Bangaranga” mahnısı ilə qələbə qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.