• Home  
  • Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
- Gündəm - Idman - Ölkə

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandıqları medalların sayı 25-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır. Komandalar arasında ən çox medalı U-15 millisi qazanıb. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında […]

Azərbaycan boksçularının 2026-cı ildə Avropa çempionatlarında qazandıqları medalların sayı 25-ə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalar arasında ən çox medalı U-15 millisi qazanıb. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma isə analoji yarışda rekord nəticə göstərərək 5 mükafata yiyələnib. Hər iki komandanın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-19 millisinin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəni uğurla təmsil ediblər. Komandalar bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.