• Home  
  • Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb
- Cəmiyyət - Gündəm - Ölkə

Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb

Bu ilin iyulunda “Bakı Metropliteni” QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb. Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur. Qeyd edilib ki, “Koroğlu” stansiyası 1 milyon 630 min 48 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda isə metrodan 649 min 974 nəfər […]

Bu ilin iyulunda “Bakı Metropliteni” QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb.

Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur. Qeyd edilib ki, “Koroğlu” stansiyası 1 milyon 630 min 48 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda isə metrodan 649 min 974 nəfər istifadə edib.

Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.