• Home  
  • Bakı “Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
- Gündəm - Idman - Ölkə

Bakı “Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək

Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb. Məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar. Turnirin mükafat fondu 5 min ABŞ dolları təşkil […]

Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.

Turnirin mükafat fondu 5 min ABŞ dolları təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə badmintonçu – 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışa avqustun 14-də, saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.

Yarışın baş hakimi yunanıstanlı Xristos Evangelidis olacaq.

“Azerbaijan Junior Open 2026” Azərbaycanda “Junior International Series” kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.