• Home  
  • Bakının mərkəzində restoranda baş verən yanğın məhdudlaşdırılıb
- Hadisə - Manşet - Ölkə

Bakının mərkəzində restoranda baş verən yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib. Əks-səda xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, taxta konstrusksiyalı qədim binada yanğın 120 kv.m ərazini əhatə edib. Binadan 6 nəfər təxliyə […]

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib.

Əks-səda xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, taxta konstrusksiyalı qədim binada yanğın 120 kv.m ərazini əhatə edib. Binadan 6 nəfər təxliyə edilib, bir yaşlı vətəndaş həkimə müraciət edib. Həyati təhlükəsi yoxdur.

Qərargah rəisinin sözlərinə görə, yanğınla bağlı 12 texnika olmaqla, 62 şəxsi heyət hadisə yerinə cəlb edilib, yanğın məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbi araşdırılacaq, ictimaiyyətə məlumat veriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.