• Home  
  • TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
- Cəmiyyət - Gündəm - Ölkə - Rəsmi - Sağlamlıq

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Əks-səda xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq. TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini […]

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Əks-səda xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq.

TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.