• Home  
  • BƏƏ “Flydubai” təyyarəsi ilə bağlı insidentin araşdırılması üçün xüsusi qrup yaradıb
- Dünya - Gündəm - Hadisə

BƏƏ “Flydubai” təyyarəsi ilə bağlı insidentin araşdırılması üçün xüsusi qrup yaradıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi ilə bağlı insidentin hallarını araşdırmaq üçün xüsusi qrup yaradıb. Əks-səda xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. Nazirlikdən qeyd edilib ki, BƏƏ-nin baş prokuroru Həməd Əl-Şəmsi baş vermiş hadisənin hallarını və səbəblərini araşdırmaq üçün prokurorluğun ixtisaslaşmış əməkdaşlarından ibarət qrupun yaradılması barədə göstəriş verib. […]

Hadisə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi ilə bağlı insidentin hallarını araşdırmaq üçün xüsusi qrup yaradıb.

Əks-səda xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Nazirlikdən qeyd edilib ki, BƏƏ-nin baş prokuroru Həməd Əl-Şəmsi baş vermiş hadisənin hallarını və səbəblərini araşdırmaq üçün prokurorluğun ixtisaslaşmış əməkdaşlarından ibarət qrupun yaradılması barədə göstəriş verib.

XİN-dən vurğulanıb ki, təyyarə Əmirliklərdə qeydiyyata alındığı və dövlətin bayrağı altında olduğu üçün məhkəmə orqanları insidenti araşdırmaq yurisdiksiyasına malikdir.

Araşdırma insidentin bütün hallarını və mümkün motivlərini, o cümlədən terror fəaliyyəti və ya niyyətləri ilə mümkün əlaqəsini əhatə edəcək.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi pilotların kabinədəki davasından sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanında təcili eniş edib. Onlardan biri bıçaq yarası alıb, bundan sonra ikincisi təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Digər heyət üzvləri və sərnişinlər vəziyyətə müdaxilə ediblər.

“Flydubai” insidentin araşdırılması başa çatana qədər İsrailə uçuşları dayandırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.