Yuxarı sinif şagirdlərinin bugünkü etiraz aksiyaları zamanı Fransanın milli təhsil sisteminin ən azı 8 əməkdaşı yaralanıb.
Əks-səda Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Parisin prokuroru Lora Bekyuo bildirib.
O, həmçinin qeyd edib ki, Parisdə yuxarı sinif şagirdlərinin etiraz aksiyaları başlayandan bəri 273 nəfər saxlanılıb: Onlardan 85-i yetkinlik yaşına çatanlar, 188-i isə yetkinlik yaşına çatmayanlardır, onların əksəriyyətinin 15-16 yaşı var”.
Bununla yanaşı, o, polisin zorakı hərəkətlərinə qarşı çıxış edib: “Bu görüntülər, ən azından, suallar doğurur. Polislərin zorakılıq tətbiq etməyə haqqı varmı?”.
Yerli medianın məlumatına görə, İl-de-Frans regionunda 50-yə yaxın işçi artıq psixoloji xidmətə müraciət edib.


