• Home  
  • Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb
- Dünya - Gündəm - Hadisə

Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb

Göyərtəsində 2,5 min konteyner olan gəmi Hörmüz boğazında dəniz minasına düşərək partladıqdan sonra batıb. Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. SEPAH-ın məlumatına görə, gəmi qanunsuz yük daşıyıb və Hörmüz boğazından “icazəsiz və təhlükəli marşrutla” keçməyə çalışıb. Dəniz minası ilə toqquşma nəticəsində konteyner gəmisinin göyərtəsində partlayış […]

Göyərtəsində 2,5 min konteyner olan gəmi Hörmüz boğazında dəniz minasına düşərək partladıqdan sonra batıb.

Əks-səda xəbər verir ki, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

SEPAH-ın məlumatına görə, gəmi qanunsuz yük daşıyıb və Hörmüz boğazından “icazəsiz və təhlükəli marşrutla” keçməyə çalışıb.

Dəniz minası ilə toqquşma nəticəsində konteyner gəmisinin göyərtəsində partlayış baş verib, bundan sonra yanğın başlayıb.

Məlumata əsasən, gəmi oktyabrın 14-ü səhər saatlarında batıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.