• Home  
  • Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək
- Dünya - Gündəm - Siyasət

Britaniya Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü sürətləndirəcək

Böyük Britaniya Ukraynaya 45 milyon funt sterlinq (təxminən 60 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin bir hissəsi olaraq çoxməqsədli “Lightweight Multirole Missiles” (LMM) raketlərinin tədarükünü sürətləndirəcək. Əks-səda Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanasının bəyanatında qeyd olunub. Bəyanata görə, qış aylarında Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün elan edilmiş paketdən […]

Böyük Britaniya Ukraynaya 45 milyon funt sterlinq (təxminən 60 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin bir hissəsi olaraq çoxməqsədli “Lightweight Multirole Missiles” (LMM) raketlərinin tədarükünü sürətləndirəcək.

Əks-səda Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanasının bəyanatında qeyd olunub.

Bəyanata görə, qış aylarında Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün elan edilmiş paketdən 10 milyon funt sterlinq dəyərində raketlərin tədarükü sürətləndiriləcək.

Qeyd olunur ki, 2025-ci ilin martında Böyük Britaniya və Ukrayna Kiyevə 5 000-dən çox LMM raketinin tədarükünü nəzərdə tutan 1,6 milyard funt sterlinq dəyərində müqavilə imzalayıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.