• Home  
  • İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
- Dünya - Gündəm - Hadisə

İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüb. Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Dünən İMQ Deyr əl-Bəlah ərazisində HƏMAS-ın xüsusi təyinatlı “Nuxba” bölməsinin komandiri, oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş Abdulla Adnan Taha Əbu əl-Tayefi öldürüb. Şati ərazisindəki ayrı bir əməliyyat zamanı HƏMAS-ın “Dərəc Tuffa” batalyonunun […]

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüb.

Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Dünən İMQ Deyr əl-Bəlah ərazisində HƏMAS-ın xüsusi təyinatlı “Nuxba” bölməsinin komandiri, oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş Abdulla Adnan Taha Əbu əl-Tayefi öldürüb. Şati ərazisindəki ayrı bir əməliyyat zamanı HƏMAS-ın “Dərəc Tuffa” batalyonunun komandiri Cəlal Sabih zərərsizləşdirilib”, – məlumatda qeyd olunur.

İsrail hərbçilərinin məlumatına görə, son vaxtlar yaraqlılar İMQ və İsrailin mülki şəxslərinə qarşı terror aktları həyata keçirməyə cəhd ediblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.