• Home  
  • Çində mədəni su basıb, ölənlər var
- Dünya - Gündəm - Hadisə

Çində mədəni su basıb, ölənlər var

Çinin cənub-qərbindəki Çuntsin şəhərində mədəni yağış sularının basması nəticəsində 7 nəfər ölüb. Əks-səda “China Daily”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, ölənlər iki qəza sərhədində, tujia və miao xalqlarının yaşadığı ərazidə yerləşən bağlanmış və istifadəsiz mədəndə qanunsuz işləri aparıblar. İstintaq tədbirləri çərçivəsində qanunsuz hasilatda şübhəli bilinən 21 nəfər saxlanılıb. Faktla […]

Hadisə

Çinin cənub-qərbindəki Çuntsin şəhərində mədəni yağış sularının basması nəticəsində 7 nəfər ölüb.

Əks-səda “China Daily”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, ölənlər iki qəza sərhədində, tujia və miao xalqlarının yaşadığı ərazidə yerləşən bağlanmış və istifadəsiz mədəndə qanunsuz işləri aparıblar.

İstintaq tədbirləri çərçivəsində qanunsuz hasilatda şübhəli bilinən 21 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.