• Home  
  • Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır
- Dünya - Gündəm - Siyasət

Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır

Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus bütün mülki və hərbi təyyarələr üçün hava məkanını tamamilə bağlayacaq. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, qərar BƏƏ-yə məxsus Əlcəzairdəki Həvari Bumədiyen adına Beynəlxalq Hava Limanına həyata keçirilən kommersiya xarakterli mülki reyslərə şamil olunmayacaq. Bu […]

Siyasət

Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus bütün mülki və hərbi təyyarələr üçün hava məkanını tamamilə bağlayacaq.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qərar BƏƏ-yə məxsus Əlcəzairdəki Həvari Bumədiyen adına Beynəlxalq Hava Limanına həyata keçirilən kommersiya xarakterli mülki reyslərə şamil olunmayacaq.

Bu reyslərin müqavilənin qüvvədə olduğu 2026-cı ilin sonunadək davam etdirilməsinə icazə veriləcək.

Qeyd edək ki, bundan əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi ikitərəfli münasibətlərin qorunub saxlanılması üçün bütün imkanların tükəndiyini bildirərək BƏƏ ilə diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.