Hindistanın “Air India” aviaşirkətinin Frankfurt-Mayndan Yeni Delhiyə marşrutu üzrə hərəkət edən təyyarəsi göyərtədə bomba olması barədə məlumata görə Caypurda təcili eniş edib, sonradan bu məlumatın yalan olduğu məlum olub.
Əks-səda xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
“Frankfurt-Mayndan Yeni Dehliyə hərəkət edən “Air India” aviaşirkətinin təyyarəsi göyərtəyə yerləşdirilmiş bomba barədə məlumata görə bu gün Caypurda təcili eniş edib. Sonradan təhlükənin yalan olduğu məlum olub”, – deyə məlumatda qeyd edilib.
Aviaşirkətdən bildirilib ki, sərnişinlərə reysin ödənişsiz şəkildə digər tarixə keçirilməsi və ya bron ləğv edildiyi halda pulun tam qaytarılması təklif olunur.


