• Home  
  • Göyçayda transformator partlayıb, yanğın baş verib
- Gündəm - Hadisə - Ölkə

Göyçayda transformator partlayıb, yanğın baş verib

Göyçay rayonunda elektrik transformatoru partlayıb, yanğın baş verib. Əks-səda xəbər verir ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış olub. Hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır. İlkin […]

Göyçay rayonunda elektrik transformatoru partlayıb, yanğın baş verib.

Əks-səda xəbər verir ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış olub.

Hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.