• Home  
  • Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var

Yəmənin husi üsyançıları tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşməsi nəticəsində altı nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Saudi Press Agency” (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. “Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib”, […]

Yəmənin husi üsyançıları tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşməsi nəticəsində altı nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Saudi Press Agency” (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib”, – məlumatda deyilir.

Agentliyin müsahibi mülki obyektləri hədəfə almaq cəhdlərinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.