• Home  
  • “Fars”: İranın cənub-şərqində partlayışlar olub
- Dünya - Gündəm - Hadisə

“Fars”: İranın cənub-şərqində partlayışlar olub

İranın Hörmüz boğazı sahillərində partlayışlar olub. Əks-səda xəbər verir ki, bu barədə “Fars” agentliyi yerli mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, səslər İranın cənub-şərqindəki Sirik şəhəri və Qeşm adası yaxınlığındakı dənizdən gəlib. Qeşm adasının sakinləri səmada partlayışlar görüb və güclü partlayış səsləri eşidiblər. Bəzi mənbələr hava hücumundan müdafiə sistemlərinin işləmə ehtimalını göstərib. Agentlik qeyd edib […]

İranın Hörmüz boğazı sahillərində partlayışlar olub.

Əks-səda xəbər verir ki, bu barədə “Fars” agentliyi yerli mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, səslər İranın cənub-şərqindəki Sirik şəhəri və Qeşm adası yaxınlığındakı dənizdən gəlib.

Qeşm adasının sakinləri səmada partlayışlar görüb və güclü partlayış səsləri eşidiblər. Bəzi mənbələr hava hücumundan müdafiə sistemlərinin işləmə ehtimalını göstərib.

Agentlik qeyd edib ki, ilkin məlumatlara görə, bu səslərdən bəziləri İranın Hörmüz boğazından keçmə qaydalarını pozan gəmilərə atəş açılması ilə əlaqəli ola bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.