• Home  
  • Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- Cəmiyyət - Gündəm - Manşet - Ölkə

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır. Əks-səda xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib. “Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini alimlər bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin […]

Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır.

Əks-səda xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib.

“Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini alimlər bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb.

Çox heyifislənirəm ki, bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda müsəlmanlara əziyyət verildiyi ilə bağlı fikirlər yaymağa çalışırlar. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından keçiblər.

Hicab məsələsini ortaya atanların məqsədi müsəlmançılıq deyil. Şikayəti, narazılığı olan şəxslər nazirlərin qəbuluna düşə, fikirlərini bildirə bilərlər. Amma məktəblərdə səs-küy salmaq, uşaqları tədrisdən geri qoymaq heç doğru addım deyil”, – o deyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.