Filippinin cənubunda, Banqa bələdiyyəsindəki məktəbdə atışma nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Əks-səda xəbər verir ki, bu barədə Filippin mediası məlumat yayıb.
Həmçinin bildirilib ki, daha azı 17 nəfər yaralanıb.
Xatırladaq ki, bu gün Filippinin cənubunda yerləşən Banqa bələdiyyəsindəki orta məktəbdə atışma baş verib. Hadisədən sonra bələdiyyədəki bütün təhsil müəssisələrində dərslər dayandırılıb.


