• Home  
  • “Formula 1” üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
- Gündəm - Idman - Ölkə

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib

“Formula 1” üzrə 10-cu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunalardan izləyib. Bu, “Formula 1″in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir. Qran-pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd […]

İdman

“Formula 1” üzrə 10-cu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib.

Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunalardan izləyib. Bu, “Formula 1″in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir.

Qran-pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi “Mersedes” pilotu Corc Rassell olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.