• Home  
  • Fransa meşə yanğınları ilə mübarizə üçün hərbçilərin sayını artırır
- Dünya - Gündəm

Fransa meşə yanğınları ilə mübarizə üçün hərbçilərin sayını artırır

Fransanın Baş naziri Sebastyan Lekornyu ölkənin cənub-qərbindəki yanğınlarla mübarizə aparmaq üçün əlavə hərbi bölmələrin göndərildiyini açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Qeyd olunub ki, hazırda fəaliyyət göstərən hərbçilərə daha 15 bölmə qoşulacaq ki, bunun da nəticəsində meşə yanğınları zonasında hərbçilərin ümumi sayı 1000 nəfəri ötəcək. Baş nazirin sözlərinə görə, əhalinin həssas […]

Fransanın Baş naziri Sebastyan Lekornyu ölkənin cənub-qərbindəki yanğınlarla mübarizə aparmaq üçün əlavə hərbi bölmələrin göndərildiyini açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd olunub ki, hazırda fəaliyyət göstərən hərbçilərə daha 15 bölmə qoşulacaq ki, bunun da nəticəsində meşə yanğınları zonasında hərbçilərin ümumi sayı 1000 nəfəri ötəcək.

Baş nazirin sözlərinə görə, əhalinin həssas qruplarına tibbi yardım göstərmək üçün silahlı qüvvələrin səhiyyə xidməti də səfərbər ediləcək. Bundan əlavə, təxliyəyə kömək məqsədilə polis əməkdaşlarının səfərbər olunduğu bildirilir.

Qeyd edək ki, Fransanın cənub-qərbində 14 min hektar ərazini əhatə edən yanğın ölkədə son 50 ilin ən dağıdıcı fəlakəti olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.