• Home  
  • Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb

Çinin şimalındakı Şansi əyalətində torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, üç nəfər yaralanıb. Əks-səda “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli fövqəladə xidmətlər məlumat yayıb. Hadisə Lyoss yaylasında yerləşən Linfen şəhər dairəsinin Xuntun qəzasının Xaoyi kəndində baş verib. çöküntü nəticəsində yaşayış evi tamamilə torpaq altında qalıb. Axtarış-xilasetmə əməliyyatı zamanı polis əməkdaşları, yanğınsöndürənlər […]

Çinin şimalındakı Şansi əyalətində torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, üç nəfər yaralanıb.

Əks-səda “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli fövqəladə xidmətlər məlumat yayıb.

Hadisə Lyoss yaylasında yerləşən Linfen şəhər dairəsinin Xuntun qəzasının Xaoyi kəndində baş verib. çöküntü nəticəsində yaşayış evi tamamilə torpaq altında qalıb.

Axtarış-xilasetmə əməliyyatı zamanı polis əməkdaşları, yanğınsöndürənlər və tibb işçiləri dağıntılar altından səkkiz nəfəri çıxarıblar. Onlardan beşi həyat əlaməti olmadan tapılıb, üçü isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.