Fransanın Qar və Ero departamentlərində şiddətli yağışların səbəb olduğu daşqın riski ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib.
Əks-səda xəbər verir ki, bu barədə yerli mediası Fransanın Meteorologiya Xidmətinə istinadən məlumat yayıb.
Həmin departamentlərdə məktəblərdə dərslərin dayandırıldığı elan edilib.
Bundan əlavə, Buş-dyu-Ron, Ardeş və Lozer departamentlərində narıncı təhlükə səviyyəsi elan olunub.


