Fransanın Yuxarı Vyanna departamentində Limoj meriyasının yerləşdiyi XIX əsrə aid binada baş verən yanğından üç gün sonra bir nəfər həbs edilib.
Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
“40 yaşlı şəxs həmçinin dövlət vəzifəsini tutan şəxsə qarşı zorakılıq aktları törətməsi ilə də tanınır”, – polisdən bildirilib.
Digər təfərrüatlar verilmir.


