• Home  
  • Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub
- Cəmiyyət - Gündəm - Ölkə

Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub

Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub. “Həmçinin Şabran–Qalaaltı avtomobil yolunun […]

Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub.

“Həmçinin Şabran–Qalaaltı avtomobil yolunun 6-cı kilometrində yeni suötürücü boru inşa edilib. Görülən işlər nəticəsində selin fəsadları tam aradan qaldırılıb, nəqliyyatın təhlükəsiz və rahat hərəkəti təmin olunub”, – AAYDA-nın məlumatında qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.