• Home  
  • Gəncədə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 36 yaşlı şəxs vəfat edib
- Gündəm - Hadisə - KriminaI - Ölkə

Gəncədə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 36 yaşlı şəxs vəfat edib

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb. Əks-səda xatırladır ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə və necə baş verməsi […]

Kriminal

Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Əks-səda xatırladır ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı araşdırma başlanılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.