• Home  
  • Gürcüstanda narkotiklə bağlı əməliyyatda 121 nəfər saxlanılıb
- Dünya - KriminaI - Manşet

Gürcüstanda narkotiklə bağlı əməliyyatda 121 nəfər saxlanılıb

Gürcüstanda genişmiqyaslı əməliyyatlar zamanı narkotik cinayətləri ilə əlaqədar 121 nəfər saxlanılıb. “Əks-səda” xəbər verir ki, bu barədə Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlardan 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinir. Onların arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Saxlanılanların üzərində, yaşayış […]

Gürcüstanda genişmiqyaslı əməliyyatlar zamanı narkotik cinayətləri ilə əlaqədar 121 nəfər saxlanılıb.

Əks-səda” xəbər verir ki, bu barədə Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlardan 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinir. Onların arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Saxlanılanların üzərində, yaşayış yerlərində və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı satış üçün hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən metadon, alfa-PVP, kokain, ketamin, buprenorfin, marixuana və kannabis aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan başqa, narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar, elektron tərəzilər və narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri də müsadirə edilib.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Təqsirli bilinən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.