• Home  
  • Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
- Dünya - Gündəm - Hadisə - KriminaI

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa vilayətində qanunsuz mərc oyunlarının təşkili və əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı keçirilən əməliyyat nəticəsində 20 şübhəli həbs edilib. Əks-səda bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, Şanlıurfa və Antalya vilayətlərində keçirilən əməliyyat zamanı 22 şübhəli saxlanılıb: “Onlardan 20-si barəsində həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb”. […]

Türkiyənin Şanlıurfa vilayətində qanunsuz mərc oyunlarının təşkili və əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı keçirilən əməliyyat nəticəsində 20 şübhəli həbs edilib.

Əks-səda bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Şanlıurfa və Antalya vilayətlərində keçirilən əməliyyat zamanı 22 şübhəli saxlanılıb: “Onlardan 20-si barəsində həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb”.

Araşdırmalar nəticəsində şübhəlilərin bank hesabları üzrə ümumilikdə 2 milyard Türkiyə lirəsi (təxminən 68,6 milyon manat) həcmində əməliyyat dövriyyəsinin olduğu aşkarlanıb.

Bundan başqa, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan, ümumi dəyəri təxminən 7 milyon lirə (təxminən 240,100 manat) olan 6 avtomobil və 1 daşınmaz əmlak müsadirə edilib, bank və kriptovalyuta hesablarına həbs qoyulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.