• Home  
  • Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
- Cəmiyyət - Dünya - Gündəm - Siyasət

Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib

Gürcüstanda son günlərdə 84 xarici vətəndaş ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tayland, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, […]

Siyasət

Gürcüstanda son günlərdə 84 xarici vətəndaş ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tayland, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər ölkələrin ümumilikdə 84 vətəndaşını Gürcüstandan çıxarıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

DİN-in məlumatına görə, 2026-cı ilin əvvəlindən Gürcüstanda 3 000-dən çox xarici vətəndaş deportasiya edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.