İngiltərəli hücumçu Harri Keyn “Bavariya” (Almaniya) ilə müqavilənin 2029-cu ilə qədər uzadılması barədə razılıq əldə edib.
Əks-səda “Talksport”a istinadən xəbər verir ki, tərəflər artıq maliyyə parametrlərini razılaşdırıblar və son təfərrüatlar həll olunduqdan sonra sözləşmə imzalanacaq.
33 yaşlı hücumçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
H.Keyn 2023-cü ilin avqustundan Bundesliqa klubunda çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 56 oyunda 64 qol vurub və 8 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.


