• Home  
  • Gürcüstandan azərbaycanlı da daxil 107 əcnəbi deportasiya edilib
- Dünya - Gündəm - Siyasət

Gürcüstandan azərbaycanlı da daxil 107 əcnəbi deportasiya edilib

Gürcüstandan son günlərdə 107 xarici ölkə vətəndaşı deportasiya edilib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində 19 ölkənin vətəndaşını ölkədən çıxarıblar. Deportasiya edilənlər arasında İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, […]

Siyasət

Gürcüstandan son günlərdə 107 xarici ölkə vətəndaşı deportasiya edilib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində 19 ölkənin vətəndaşını ölkədən çıxarıblar.

Deportasiya edilənlər arasında İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya və Tayland vətəndaşları da var.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, bu ilin əvvəlindən Gürcüstanın Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən ölkədən təxminən 3 300 xarici vətəndaş deportasiya edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.