• Home  
  • Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb

Hindistanın Andxra-Pradeş ştatında bir kişi məktəbin sinif otağına daxil olaraq 2 şagirdi motorlu mişarla yaralayıb. Əks-səda “The Indian Express” nəşrinə istinadən xəbər verir ki, hadisə Anantapur dairəsindəki məktəbdə baş verib. Yaralılardan birinin 15 yaşı var. Qız boyun və qarın nahiyəsindən dərin yaralar alıb, onun sağ əli demək olar ki, kəsilib. İkinci şagird isə hücum edənin qarşısını […]

Hindistanın Andxra-Pradeş ştatında bir kişi məktəbin sinif otağına daxil olaraq 2 şagirdi motorlu mişarla yaralayıb.

Əks-səda “The Indian Express” nəşrinə istinadən xəbər verir ki, hadisə Anantapur dairəsindəki məktəbdə baş verib.

Yaralılardan birinin 15 yaşı var. Qız boyun və qarın nahiyəsindən dərin yaralar alıb, onun sağ əli demək olar ki, kəsilib. İkinci şagird isə hücum edənin qarşısını almağa çalışarkən xəsarət alıb.

Şübhəli şəxs saxlanılıb. Polisin məlumatına görə, o, yaralılardan birinin qohumudur. Məktəbdəki təmir işləri zamanı işçilər onu fəhlə hesab edərək içəri buraxıblar. Hücumun səbəbi araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.