• Home  
  • Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
- Dünya - Gündəm - Hadisə

Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb

Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə bazar günü gecə baş verib. Agentliyin məlumatına görə, 82 mm-lik minaatan mərmisinin partlaması qurum əməkdaşlarının həlak olmasına və yaralanmasına səbəb olub. Təhlükəsizlik […]

Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb.

Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə bazar günü gecə baş verib.

Agentliyin məlumatına görə, 82 mm-lik minaatan mərmisinin partlaması qurum əməkdaşlarının həlak olmasına və yaralanmasına səbəb olub.

Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyi baş nazir Əbdülhəmid Dbeybənin rəhbərlik etdiyi, BMT tərəfindən tanınan Milli Birlik Hökumətinə tabe olan güc strukturudur.

Digər xəsarət alanların olduğu da bildirilir, lakin onların dəqiq sayı dəqiqləşdirilmir.

Zaviyyə Tripolidən təxminən 40 km qərbdə yerləşir. Şəhərdə ölkənin fəaliyyət göstərən ən böyük neft emalı zavodu yerləşir. Bu rayonda silahlı qruplaşmalar arasında dəfələrlə toqquşmalar baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.