• Home  
  • Hücuma məruz qalmış Panama gəmisindən 25 nəfər təxliyə edilib
- Dünya - Gündəm - Hadisə

Hücuma məruz qalmış Panama gəmisindən 25 nəfər təxliyə edilib

Omanın Kral Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə birlikdə Panama bayrağı altında üzən RITI ticarət gəmisinin 25 heyət üzvünü təxliyə edib. Əks-səda xəbər verir ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Məlumata görə, gəmi Musandam əyalətinin sahillərindən 1,6 dəniz mili məsafəsində hücuma məruz qalıb, nəticədə göyərtədə yanğın baş verib. […]

Omanın Kral Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə birlikdə Panama bayrağı altında üzən RITI ticarət gəmisinin 25 heyət üzvünü təxliyə edib.

Əks-səda xəbər verir ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, gəmi Musandam əyalətinin sahillərindən 1,6 dəniz mili məsafəsində hücuma məruz qalıb, nəticədə göyərtədə yanğın baş verib.

Təxliyə edilən heyət üzvlərinə zəruri tibbi yardım göstərilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.