• Home  
  • Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
- Gündəm - Ölkə - Rəsmi - Siyasət

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Əks-səda xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb. İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Telefon danışığı zamanı dövlət başçıları […]

Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

Əks-səda xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.

Azərbaycan hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.