• Home  
  • İran yeni silahlar sınaqdan keçirib
- Dünya - Gündəm - Hadisə - Texnologiya

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. Əks-səda xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazerra” telekanalına müsahibəsində bildirib. “Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yeni silahları sınaqdan keçirmişik. İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir”, – Əraqçi “Telegram” kanalında müsahibədən sitat gətirib. Onun sözlərinə görə, […]

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir.

Əks-səda xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazerra” telekanalına müsahibəsində bildirib.

“Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yeni silahları sınaqdan keçirmişik. İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir”, – Əraqçi “Telegram” kanalında müsahibədən sitat gətirib.

Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın normal vəziyyətə qayıtması üçün vaxt lazımdır:

“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və bu müqavilə çərçivəsindəki öz öhdəliklərinə sadiqdir.

Müharibənin baş verməsi ilə bağlı heç bir ehtimalı istisna etmirik və bütün ssenarilərə hazırıq. Bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasını və başa çatmasını tələb edirik.

Hörmüz boğazının yenidən açılmasını İran və Oman Sultanlığı tərəfindən bu boğazda müəyyən edilmiş yeni gəmiçilik marşrutunun qəbul edilməsi və digər istiqamətlərin bağlanması ilə şərtləndiririk”.

Qeyd edək ki, İran Qətərdəki aktivlərin blokdan çıxarılmasını da tələb edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.