• Home  
  • Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri Nyu-Yorka hərəkət edir
- Dünya - Gündəm - İQTİSADİYYAT

Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri Nyu-Yorka hərəkət edir

Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri ABŞ-ın Nyu-York şəhərinə doğru hərəkət edir. Əks-səda xəbər verir ki, bu barədə “Reuters“ LSEG məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, Malta bayrağı altında üzən tanker Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmadan sonra Nyu-Yorka istiqamət alıb. Rusiya dizel yanacağının ixracına tətbiq etdiyi […]

Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri ABŞ-ın Nyu-York şəhərinə doğru hərəkət edir.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters“ LSEG məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Malta bayrağı altında üzən tanker Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmadan sonra Nyu-Yorka istiqamət alıb.

Rusiya dizel yanacağının ixracına tətbiq etdiyi özünütəminat məhdudiyyətlərini aradan qaldıraraq yanacağı ABŞ bazarına tədarük etməyə razılaşıb. Məqsəd qlobal yanacaq qiymətlərinin aşağı salınmasına kömək etməkdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.