• Home  
  • İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alınıb
- Cəmiyyət - Gündəm - KriminaI - Ölkə

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Əks-səda xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də […]

Azərbaycan, DSX, narkotik

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Əks-səda xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən 1, avqustun 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 Azərbaycan vətəndaşı saxlanılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.