İrəvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində avtobus aşıb.
Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, qəzada 11 xarici vətəndaş xəsarət alıb.
Bildirilib ki, nəqliyyat vasitəsinin sürücüsü alkoqol yoxlanışından keçirilib, o, ayıq olub.


