Yeni Zelandiyada Ranqitikei çayının mənsəbi yaxınlığında qayıq aşıb, nəticədə iki nəfər ölüb.
Əks-səda “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələ ki, dəqiqləşdirilməyib.


