• Home  
  • İspaniya sahillərində 113 miqrantın olduğu qayıq aşkar edilib: onlardan ikisinin öldüyü məlum olub
- Dünya - Gündəm - Hadisə

İspaniya sahillərində 113 miqrantın olduğu qayıq aşkar edilib: onlardan ikisinin öldüyü məlum olub

İspaniyanın El-Yerro adasının cənubundakı La-Restinqa limanında Qambiyadan olan 113 qeyri-qanuni miqrantı daşıyan kiçik qayıq aşkar edilib. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası adanın təcili yardım xidmətlərinə istinadən məlumat yayıb. “Qayıq La-Restinqadan təxminən 68 kilometr cənubda aşkar edildikdən sonra Santa-Krus-de-Tenerifedəki Koordinasiya Mərkəzi kömək göstərmək üçün “Helimer 204” helikopterini və “Salvamar Navia” gəmisini göndərib. 111 miqrant […]

İspaniyanın El-Yerro adasının cənubundakı La-Restinqa limanında Qambiyadan olan 113 qeyri-qanuni miqrantı daşıyan kiçik qayıq aşkar edilib.

Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası adanın təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.

“Qayıq La-Restinqadan təxminən 68 kilometr cənubda aşkar edildikdən sonra Santa-Krus-de-Tenerifedəki Koordinasiya Mərkəzi kömək göstərmək üçün “Helimer 204” helikopterini və “Salvamar Navia” gəmisini göndərib. 111 miqrant sahilə çıxıb.

“Bir kişi və bir uşağın Qambiyadan başlayan 8 günlük səyahət zamanı öldüyü məlum olub. Bundan başqa, çox ağır vəziyyətdə olan azyaşlı bir qız təxliyə edilib”, – təcili yardım xidmətlərindən bildirilib.

Muxtar icma hakimiyyət orqanlarının ilkin məlumatına görə, təkcə oktyabr ayında Kanar adalarına 4 mindən çox miqrant gəlib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.