• Home  
  • İspaniyada qatarların toqquşması nəticəsində 64 nəfər itkin düşüb
- Dünya - Gündəm - Hadisə

İspaniyada qatarların toqquşması nəticəsində 64 nəfər itkin düşüb

İspaniyanın Toledo şəhərində iki qatarın toqquşmasından sonra 64 nəfər itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə Mülki Qvardiyaya istinadən “El Pais” məlumat yayıb. “Mülki Qvardiya qəza nəticəsində itkin düşənlərlə bağlı 64 ərizə qeydə alıb”, – materialda bildirilib. Qeyd olunub ki, bu məlumatlar sərnişinlərin qohumlarının müraciətləri əsasında tərtib edilib. Mülki Qvardiya Madrid, Sevilya, Kordova və Toledoda […]

İspaniyanın Toledo şəhərində iki qatarın toqquşmasından sonra 64 nəfər itkin düşüb.

Əks-səda xəbər verir ki, bu barədə Mülki Qvardiyaya istinadən “El Pais” məlumat yayıb.

“Mülki Qvardiya qəza nəticəsində itkin düşənlərlə bağlı 64 ərizə qeydə alıb”, – materialda bildirilib.

Qeyd olunub ki, bu məlumatlar sərnişinlərin qohumlarının müraciətləri əsasında tərtib edilib.

Mülki Qvardiya Madrid, Sevilya, Kordova və Toledoda itkin düşənlərlə bağlı ərizələrin qeydiyyatı üçün dörd məntəqə açıb.

Bundan başqa, 98 sərnişinə tibbi yardım göstərildiyi bildirilib.

Son məlumatlara görə, qəza nəticəsində azı 68 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Ölkədə oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.