• Home  
  • İsti havalarda hansı məhsullar risk daşıyır
- Gündəm - Sağlamlıq

İsti havalarda hansı məhsullar risk daşıyır

Yay aylarında havanın temperaturunun yüksəlməsi qida zəhərlənməsi riskini də artırır. Xüsusilə düzgün saxlanılmayan ət, balıq, süd məhsulları və digər tez xarab olan qidalar sağlamlıq üçün təhlükə yarada bilər. Bəs qida zəhərlənməsindən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir? İsti aylarda daha çox hansı qidalar zəhərlənmə riski daşıyır? Əks-səda sözügedən mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim […]

Yay aylarında havanın temperaturunun yüksəlməsi qida zəhərlənməsi riskini də artırır. Xüsusilə düzgün saxlanılmayan ət, balıq, süd məhsulları və digər tez xarab olan qidalar sağlamlıq üçün təhlükə yarada bilər. Bəs qida zəhərlənməsindən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir? İsti aylarda daha çox hansı qidalar zəhərlənmə riski daşıyır?

Əks-səda sözügedən mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Yemək porsiyalarının azaldılması məqsədəuyğun sayılır

Həkim-terapevt Nərminə Abbasova deyir ki, yay aylarında köhnəlmiş və tez xarab olan məhsullardan istifadə edilməməli, porsiyalar nisbətən kiçildilməlidir. Çünki isti havalarda həzm sisteminin fəaliyyəti zəifləyə, qidaların həzm prosesi uzana bilər. Mütəxəssisin sözlərinə görə, bəzən insanlar zəhərlənməni yalnız kənardan alınan qidalarla əlaqələndirsələr də, bu hər zaman belə olmur: “Həzm prosesi ləngidikdə qida orqanizmdə daha uzun müddət qalır və toksiki təsir göstərir. Bu da qida zəhərlənməsinə bənzər əlamətlər yarada bilər”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.