Kazanda (Tatarıstan, Rusiya) kafelərin birində məhsulların istehlakından sonra 33 nəfərin bağırsaq infeksiyasına yoluxduğu aşkar edilib.
Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, insidentlə bağlı məlumatı “Rospotrebnadzor”un Tatarıstan üzrə İdarəsi yayıb.
Qeyd olunub ki, 22 nəfərdə salmonellyoz təsdiqlənib.
“12-13 sentyabr tarixlərində Kazanda №1 “Nan kebab” məhsullarının istehlakından sonra 33 bağırsaq infeksiyası halı qeydə alınıb. 22 nəfərdə salmonella aşkarlanıb”, – qurumdan qeyd edilib.
Kafedə çoxsaylı qayda pozuntuları aşkar edilib, 44 kq məhsul satışdan çıxarılıb. “Rospotrebnadzor”un məlumatına görə, həmin məhsullarda bağırsaq çöpü aşkar edilib.


