• Home  
  • Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
- Dünya - Gündəm - Sağlamlıq

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. Əks-səda xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında “Bundibugyo” virusunun nadir ştammının yaratdığı epidemiyanın başlanmasından bu yana ölənlərin sayı 3 398 nəfərə çatıb. Hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur. Bu, […]

Sağlamlıq

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb.

Əks-səda xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KDR hakimiyyəti məlumat yayıb.

Qeyd olunur ki, mayın ortalarında “Bundibugyo” virusunun nadir ştammının yaratdığı epidemiyanın başlanmasından bu yana ölənlərin sayı 3 398 nəfərə çatıb. Hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur.

Bu, KDR-də Ebola epidemiyasının artıq 17-ci dəfə baş verməsidir. Epidemiyanın episentri ölkənin şimal-şərqində yerləşən İturi əyalətindədir. Virus artıq KDR-in 7 əyalətinə yayılıb.

“AFP”nin məlumatına görə, yeni tədris ilinin başlanmasından sonra Ebola məktəblilər arasında sürətlə yayılmağa başlayıb və bu da tibb müəssisələrinin üzərinə düşən yükü artırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.