• Home  
  • “Lufthansa” və Hindistanın üç aviaşirkəti Ər-Riyada bir neçə reysi ləğv edib
- Dünya - Gündəm

“Lufthansa” və Hindistanın üç aviaşirkəti Ər-Riyada bir neçə reysi ləğv edib

Səudiyyə Ərəbistanı paytaxtının beynəlxalq hava limanı husilərin zərbəsinə məruz qaldıqdan sonra, Hindistanın “Air India”, “IndiGo” və “Air-India Express” aviaşirkətləri təhlükəsizlik üçün oktyabrın 8-dən Ər-Riyada 10-dək reysi ləğv ediblər. Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. “Bölgədəki vəziyyətlə əlaqədar oktyabrın 10-dək Ər-Riyada və Ər-Riyaddan həyata keçirilən reysləri ləğv etmişik. Bu tədbirlərdən təsirlənən sərnişinlərə […]

Dünya

Səudiyyə Ərəbistanı paytaxtının beynəlxalq hava limanı husilərin zərbəsinə məruz qaldıqdan sonra, Hindistanın “Air India”, “IndiGo” və “Air-India Express” aviaşirkətləri təhlükəsizlik üçün oktyabrın 8-dən Ər-Riyada 10-dək reysi ləğv ediblər.

Əks-səda “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

“Bölgədəki vəziyyətlə əlaqədar oktyabrın 10-dək Ər-Riyada və Ər-Riyaddan həyata keçirilən reysləri ləğv etmişik. Bu tədbirlərdən təsirlənən sərnişinlərə reyslərini ödənişsiz dəyişmək imkanı veriləcək və ya bronlarını ləğv etdikləri təqdirdə ödənişin tam məbləği geri qaytarılacaq. Vəziyyəti diqqətlə izləməyə davam edirik”, – “Air India”nın nümayəndəsi bildirib.

“The National” isə xəbər verir ki, Almaniyanın “Lufthansa” şirkətində də Ər-Riyada uçuşları dayandırmaq qərara alınıb. Onun təyyarələri oktyabrın 16-dək oraya uçmayacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.