• Home  
  • Konqoda Ebolaya yoluxanların sayı 8 665-ə çatıb
- Dünya - Gündəm - Sağlamlıq

Konqoda Ebolaya yoluxanların sayı 8 665-ə çatıb

Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib. Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub. “Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 […]

Sağlamlıq

Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib.

Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub.

“Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 nəfər sağalıb”, – deyə məlumatda qeyd edilib.

Daha əvvəl Konqonun səhiyyə naziri Samuel Roje Kamba Ebola epidemiyasının hakimiyyət tərəfindən tam nəzarətə götürüldüyünü bəyan etmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.