• Home  
  • Liviyada silah anbarında güclü partlayış baş verib
- Dünya - Gündəm - Hadisə

Liviyada silah anbarında güclü partlayış baş verib

Liviyanın şimal-qərbindəki Misurat şəhərində hərbi birləşmələrdən birinin silah anbarında güclü partlayış baş verib. Əks-səda xəbər verir ki, bu barədə yerli “Al-Wasat” portalı məlumat yayıb. Məlumata görə, raketlər və döyüş sursatları cənubdakı Əl-Giran rayonunda yerləşən anbarın ərazisi ətrafında müxtəlif istiqamətlərə səpələnib. Hazırda insidentin mümkün səbəbləri və zərərçəkənlər barədə məlumat yoxdur. Nəşrin mənbələrinin bildirdiyinə görə, anbar Misuratın “Əl-İsar” […]

Hadisə

Liviyanın şimal-qərbindəki Misurat şəhərində hərbi birləşmələrdən birinin silah anbarında güclü partlayış baş verib.

Əks-səda xəbər verir ki, bu barədə yerli “Al-Wasat” portalı məlumat yayıb.

Məlumata görə, raketlər və döyüş sursatları cənubdakı Əl-Giran rayonunda yerləşən anbarın ərazisi ətrafında müxtəlif istiqamətlərə səpələnib.

Hazırda insidentin mümkün səbəbləri və zərərçəkənlər barədə məlumat yoxdur.

Nəşrin mənbələrinin bildirdiyinə görə, anbar Misuratın “Əl-İsar” briqadasının sərəncamında olub. Döyüş sursatlarının ətrafa səpələnməyə davam etməsi təhlükəsinə görə ehtiyat tədbiri olaraq yaxınlıqdakı yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Ərazidə hadisənin nəticələrinin aradan qaldırılması və anbara bitişik ərazidə təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər həyata keçirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.