• Home  
  • Madriddə polis etirazçıların düşərgəsini dağıdıb, 2 nəfər saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Madriddə polis etirazçıların düşərgəsini dağıdıb, 2 nəfər saxlanılıb

Madriddə polis mənzil böhranı ilə əlaqədar keçirilən 38 günlük etirazlardan sonra Puerta-del-Sol meydanındakı çadır düşərgəsini dağıdıb. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Əməliyyat zamanı müqavimət göstərdiklərinə görə iki nəfər saxlanılıb. Düşərgədən 334 nəfər çıxarılıb. “Əməliyyat hökumət nümayəndə heyətinin əmri ilə iğtişaşlara qarşı mübarizə aparan polis bölmələri tərəfindən həyata keçirilib. Zərbələr və bibər […]

Madriddə polis mənzil böhranı ilə əlaqədar keçirilən 38 günlük etirazlardan sonra Puerta-del-Sol meydanındakı çadır düşərgəsini dağıdıb.

Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Əməliyyat zamanı müqavimət göstərdiklərinə görə iki nəfər saxlanılıb.

Düşərgədən 334 nəfər çıxarılıb.

“Əməliyyat hökumət nümayəndə heyətinin əmri ilə iğtişaşlara qarşı mübarizə aparan polis bölmələri tərəfindən həyata keçirilib. Zərbələr və bibər qazı tətbiqi nəticəsində bir neçə nəfər yaralanıb”, – mənbə bildirib.

Əməliyyatda 220 milli polis və 180 Madrid bələdiyyə polisi əməkdaşı, yanğınsöndürənlər və sosial xidmət işçiləri iştirak ediblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.