• Home  
  • Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb
- Dünya - Gündəm - Sağlamlıq

Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb

Tacikistan Respublikasının paytaxtı Düşənbədə şəhərində polis əməkdaşları digər şəxsləri qəsdən İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər İdarəsi məlumat yayıb. “Yalnız cari il ərzində paytaxt polisi digər vətəndaşları İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb”, – idarədən bildirilib. Qeyd olunub ki, onların qurbanlarının sayı 60 nəfərdən çox […]

Tacikistan Respublikasının paytaxtı Düşənbədə şəhərində polis əməkdaşları digər şəxsləri qəsdən İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər İdarəsi məlumat yayıb.

“Yalnız cari il ərzində paytaxt polisi digər vətəndaşları İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb”, – idarədən bildirilib.

Qeyd olunub ki, onların qurbanlarının sayı 60 nəfərdən çox ola bilər. Şübhəli şəxslərlə bağlı cinayət işləri açılıb və hazırda materiallar məhkəməyə göndərilib.

Təqsirləri sübuta yetiriləcəyi təqdirdə, onları 3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, iyulun sonunda BMT gələcəkdə İİV-lə mübarizə proqramlarının maliyyələşdirilməsinin azaldılmasının epidemiyanın yeni dalğasına səbəb ola və son onilliklər ərzində əldə edilmiş irəliləyişləri heçə endirə biləcəyini açıqlamışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.